“BAFCO İnvest” MMC 2023-cü ilin əvvəlində Ağdam Sənaye Parkının rezident statusunu almışdır. Sənaye Parkının 2,5 hektar ərazisində yerləşən fabrik müxtəlif iqtisadiyyat sahələrində istifadəyə uyğun, xüsusi ucluqlu və altlıqlı qoruyucu işçi ayaqqabılarının, o cümlədən poliuretan çəkmələrin istehsalı ilə məşğuldur.
İstehsal prosesi və keyfiyyətə nəzarət, bu sahədə yüksəkixtisaslı yerli və xarici mütəxəssislər tərəfindən idarə olunur. Bu isə keyfiyyət və etibarlılıq baxımından yüksək tələblərə cavab verən məhsulların istehsal olunmasına təkan verir.
Fabrikdə Almaniya markasına aid "DESMA 622/24" və "DESMA B512/12 avadanlıq modelləri quraşdırılıb. Sənaye və tikinti müəssisələri, dəmir yolları, istehsalat, kənd təsərrüfatında və digər sahələrdə çalışan işçilər üçün istehsal olunan ayaqqabılar, yüksək keyfiyyətli materiallardan hazırlanır və aşınma, sürtünmə, deşilmə, bakteriyalara, benzin, yağ, zərbələrə və digər təsirlərə davamlıdır. Altlığı inyeksiya üsulu ilə birləşdirilən ayaqqabılar ən yüksək təhlükəsizlik və etibarlılıq tələblərinə cavab verərək, çətin şəraitdə çalışan və ayaqlarının güvənli qorunmasını tələb edən işçilər üçün nəzərdə tutulub.
Ayaqqabı altlıqları üçün istifadə olunan poliuretan Almaniyanın BASF şirkətindən sifariş olunur. PU (poliuretan) və TPU (termoplastik poliuretan) - bunlar dayanıqlılıq, aşınmaya davamlılıq və yüksək amortizasiya təmin edən materiallardır.
Almaniyanın tanınmış son nəsil Desma markasının avadanlıqları ilə təchiz olunan fabrikin illik istehsal gücü 510 000 cüt ayaqqabı təşkil edir.
“Bafco Invest”-in təklif etdiyi məhsullar müxtəlif sahələrdə işçilərin maksimum təhlükəsizliyini və komfortunu təmin etmək üçün ideal seçimdir. "Made in Azerbaijan" adı altında istehsal edilən ayaqqabıların daxili bazarda satılması ilə yanaşı, xarici ölkələrə ixracı da nəzərdə tutulub.
Bafco Invest öz tərəfdaşlarını və hər bir əməkdaşlığı yüksək dəyərləndirir. Biz inanırıq ki, uğurlu biznes etibar, qarşılıqlı etimad və birgə səylər üzərində qurulur. Tərəfdaşlarımız sayəsində biz inkişaf etməyə və təkmilləşməyə davam edirik, sizin üçün ən yaxşı məhsul və xidmətləri təqdim edirik. Hər yeni əməkdaşlığı məmnuniyyətlə qarşılayır və hər zaman yeni ideya və imkanlara açığıq.
BİZİMLƏ ƏLAQƏAZ0200, Ağdam rayonu, Ağdam Sənaye Parkı, Azerbaijan